Bakının Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, həmçinin heykəllər və abidələr yuyulub.
Əlavə olaraq, parklarda, abad həyətlərdə ağaclar budanıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, eyni zamanda məişət tullantıları konteynerlərinin ətrafı, küçə və prospektlərdə yerləşən yağış kürəbəndləri təmizlənib.
[caption id="attachment_122759" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]