Bakının Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, həmçinin reklam lövhələri və avtobus dayanacaqları yuyulub.
Rayon ərazisində yerləşən ticarət obyektlərinin vitrinləri yuyularaq təmizlənib. Eyni zamanda abad həyətlərdə və parklarda da ümumi sanitar-təmizlik işləri aparılıb.
Əlavə olaraq, payız-qış mövsümünə hazırlıqla bağlı yağış kürəbəndləri yuyularaq təmizlənib.
[URIS id=119479]