Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov, 60 ünvanı əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
“ABAD məhəllə” layihəsi çərçivəsində yenidən qurulan və 600-dən artıq sakini əhatə edən küçədə binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış sularını axıdan borular quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.
Ümumilikdə 1500 kv.m əraziyə asfalt örtüyü, 500 kv.m sahəyə isə tamet daşları vurulub. Həyətə söhbətgah və oturacaqlar qoyulub, uşaq və idman meydançaları yaradılıb. Həmçinin yeni yaşıllıq zolaqları salınıb, işıqlandırma sistemi bərpa olunub.
Hazırda rayonun digər ünvanlarında da yenidənqurma işləri davam edir.