Bakının Nəsimi rayonunda Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən iməcilik keçirilib. Bu haqda bu gün, 4 fevral tarixində RİH-nin mətbuat xidməti məlumat verib.
İməcilik zamanı prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, işıqforların, reklam lövhələrinin, yol kənarındakı məhəccərlərin yuyulması, park və istirahət yerlərində abidələrin, ətraf yaşıllıqların, oturacaqların təmizlənməsi işləri həyata keçirilib.
Keçirilən iməcilikdə parklarda, abad həyətlərdə, xiyabanlarda təmizlik işləri aparılıb. Küçələr boyunca magistral yol və prospektlərin kənarları yuyularaq təmizlənib, eyni zamanda məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında da ümumi sanitar təmizlik işləri görülüb.
[URIS id=89485]