Bakının Nəsimi rayonunda təmizlik-abadlıq işləri baş tutub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
İməcilik çərçivəsində kommunal xidmətlər tərəfindən parklarda, rayonun prospekt və küçələrindəki yollarda dayanacaq pavilyonları, bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, həmçinin məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Eləcə də ticarət obyektlərinin vitrinlərində sanitar-təmizlik işləri aparılıb.