Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 112 ünvanında abadlıq işləri aparılır. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmir-bərpa işləri çərçivəsində suvaq qatları yenidən üzlənib. Hazırda binada rənglənmə işləri aparılır. Həmçinin binada yağış sularını axıdan borunun dəyişdirilməsi, həyətdə abadlıq-quruculuq işlərinin aparılması, uşaq meydançasının və oturacaqların quraşdırılması da nəzərdə tutulub.
Bundan əlavə, rayonun digər hissələrində də yenidənqurma işləri mərhələli şəkildə davam edir.
[URIS id=91885]