Bakının Nəsimi rayonu, Moskva prospekti, 66 ünvanında təmir işləri başlayıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görülən işlər çərçivəsində həyətyanı sahədə abadlıq işlərinin aparılması, ümumi yaşayış binasının fasadının və dam örtüyünün əsaslı təmir olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri nəzərdə tutulub.
Eləcə də binanın giriş pilləkənlərinin təmir olunması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, həmçinin həyətdə tamet bordür daşlarının vurulması və yaşıllaşdırma işləri görüləcək.
Əlavə olaraq sakinlər üçün həyətdə söhbətgah, oturacaqlar və uşaq meydançası quraşdırılacaq.
[caption id="attachment_122174" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətin rəsmi Facebook səhifəsi[/caption]