Nəsimi rayonunda küçələrin kəsişməsi nizamlanmayıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Söhbət rayonun Salatın Əsgərova və Süleyman Rüstəm küçələrinin kəsişməsindən gedir. Belə ki, küçədə nə işıqlandırma sistemi var, nə də işıqfor. Bu səbəbdən də burada tez-tez yol qəzaları baş verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı bildirilir ki, sözügedən əraziyə baxış keçiriləcək. Hərəkətin tənzimlənməsi üçün addımlar atılacaq.