Bakının Nəsimi rayonunda, Sahib Zeynalov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində piyada səkisi zəbt olunub. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az məlumat verir.
Şəhərin mərkəzində yerləşən küçənin səkisinin yarısı piyadalar üçün parklanmış avtomobillərlə bloklanıb, yarısı isə aparılan tikinti ilə. Belə ki, ərazidə tikilən “28 Residence” mənzil kompleksinin inşaat materialları piyada zolağında düzülüb.
Redaksiya ilə əlaqə saxlayan sakinlər aidiyyəti qurumlardan tədbir görülməsini xahiş edirlər.
[URIS id=106078]