Bakının Nəsimi rayonu, Səid Cəfər Pişəvari küçəsində yolun bir tərəfində hərəkət məhdudlaşdırılıb. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Cavadxan parkının qarşısında avtomobil yolunda hərəkətin məhdudlaşdırılması “Azəristiliktəchizat” ASC tərəfindən aparılan təmirlə əlaqədardır. Lakin sakinlərin sözlərinə görə, həmin ərazidə yol qazıldıqdan sonra bir neçə gündür orada təmir işləri aparılmır.
Bu səbəbdən sürücülər əks-istiqamətə aid yola çıxmağa məcbur olurlar və bu, tıxaclara səbəb olur.