Bakının Nəsimi rayonunda saat 10:00-dan qaz təchizatında fasilə yaranacaq. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Fasilə Mircəlal küçəsində aparılan təmir işləri ilə əlaqədardır.
İşlər yekunlaşanadək Mircəlal, A.Məhərrəmov, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələri, Moskva prospekti ərazisində 8000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.