Bakının Nəsimi rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib. Yaşıllıq zolaqlarına lazımi qulluq edilib.
Eyni zamanda rayonda yerləşən ticarət obyektlərinin vitrinləri yuyulub, abad həyətlərdə və parklarda ümumi sanitar-təmizlik işləri də aparılıb.
[URIS id=115748]