Paytaxtın Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmizlik işləri çərçivəsində prospekt və küçələrdə işıq dirəkləri, işıqforlar, reklam lövhələri, eləcə də yol kənarındakı məhəccərlər yuyulub, park və istirahət yerlərində yaşıllıqlar, oturacaqlar və uşaq oyun elementləri təmizlənib.
Bundan əlavə, abad həyətlərdə və xiyabanlarda da təmizlik işləri aparılıb. Küçələr boyunca yerləşən yağış suları axıdan kürəbəndlər təmizlənib.
Təmizlik işləri rayon ərazisinin müxtəlif yerlərində davam edir.
[URIS id=86878]