Nəsimi rayonu ərazisində iməcilik keçirilib. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmizlik işləri rayonun kommunal xidmətləri tərəfindən görülüb. Onlar prospekt və küçələri, səki kənarlarını, bordürləri, işıq dirəklərini, park və istirahət yerlərində yaşıllıqları, oturacaqları təmizləyiblər. Bundan əlavə, ticarət obyektlərinin vitrinləri də yuyulub.
İməcilik çərçivəsində abad həyətlər, xiyabanlar alaq otlarından təmizlənilib. Həmçinin magistral yol, prospektlərin kənarları yuyulub, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında dezinfeksiya işləri aparılıb.
[caption id="attachment_114214" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]