Paytaxtın Nəsimi rayonunda növbəti iməcilik keçirilir. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmizlik işləri çərçivəsində prospekt və küçələrin, o cümlədən səki kənarlarının, bordürlərin, işıq dirəklərinin, eləcə də yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların və oturacaqların təmizlənməsi həyata keçirilib.
Bundan əlavə, məişət tullantılarının atıldığı konteyner meydançalarında da abadlıq işləri aparılıb.
Hazırda rayonun müxtəlif ərazilərində abadlaşdırma işləri davam edir.
[URIS id=91150]