Nəsimi rayonunda tarixi bina bərpa olunub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayonun 28 May küçəsi, 6 ünvanında yerləşən tarixi binanın fasadı əsaslı təmir olunub. Belə ki, tarixi binanın fasadında ümumi prinsiplərə riayət olunmaq şərti ilə yararsız vəziyyətə düşmüş bəzək elementlərində təmir-bərpa işləri aparılıb.
Hazırda təmir-bərpa işlərinin rayonun digər ərazilərində də aparıldığı bildirilir.
[caption id="attachment_103843" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]