Bakının Nəsimi rayonu, Mirəli Qaşqay, 33 ünvanında aparılan tikinti işləri sakinlərin şikayətinə səbəb olub. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, piyada səkisini sökməkləri bir yana, təməl üçün qazılan çuxurun ətrafı da açıqdır və buraya daim zibil atılır.
“Ərazi tam hasarlanmayıb. Buradan uşaqlar keçirlər. Bu, onlar üçün ciddi təhlükədir”, – deyə sakinlər şikayət edirlər.
Bildirilir ki, 1 ilə yaxındır vəziyyət belədir. Piyadalar hər gün çətinliklərlə üzləşirlər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/2.mp4"][/video]