Paytaxtın Nəsimi rayonunda şəhid ailəsinin evinin qarşısı abadlaşdırılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayonun Asif Məhərrəmov küçəsi, 35 ünvanında yerləşən şəhid Nicat Tarıverdiyevin ailəsinin yaşadığı evin qarşısına yeni asfalt örtüyü vurulub. Həmçinin yaşıllıq zolaqlarına qulluq göstərilərək yeni qazon örtüyü də salınıb.
Təmir-bərpa işlərinin digər ərazilərdə də aparılması nəzərdə tutulub.
[URIS id=91030]