Bakının Nəsimi rayonu, Xaqani küçəsində məhəllənin girişində gölməçə yaranıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az xəbər verir.
Yağışlı havadan sonra sözügedən ərazidə kanalizasiya suyu kənarlaşdırılmayıb. Bu səbəbdən həyətlərdən birinin girişində böyük gölməçə yaranıb. Bu da piyadaların gediş-gəlişinə çətinlik yaradır.
Paytaxt ərazisində son bir neçə gündür yağıntılı hava müşahidə olunur.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/12/14.mp4"][/video]