Bakının Nəsimi rayonu ərazisində piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün yeni yol nişanları quraşdırılıb. Bu haqda bu gün, 11 fevral tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Akademik Mirqasımov, Akademik Topçubaşov, İmran Qasımov, Səməd Vurğun, Hənifə Ələsgərov, Xan Şuşinski, Qulu Quliyev küçələrində yolların və piyada zolaqlarının əsaslı təmirindən sonra yol kəsişmələrində və piyada zolaqlarında yeni işıqforlar, yol nişanları quraşdırılıb, yeni piyada zolaqları çəkilib.
Qeyd olunan ünvanlarda avtomobillərin hərəkət istiqamətlərinin dəyişdirilməsi nəticəsində küçələrdə yaranan tıxaclar aradan qaldırılıb.
[URIS id=90347]