Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 və 36 ünvanlarında təmir-bərpa işləri davam edir. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində həyətdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, eləcə də budanma işləri aparılıb. Həmçinin ümumi yaşayış binalarının fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub və binaların giriş pilləkənləri aqlay daşla üzlənib.
Daha sonra məhəlləyə söhbətgahlar quraşdırılacaq. Bundan əlavə, idman, uşaq və şahmat meydançalarının yaradılması nəzərdə tutulub. Həyətə yeni su və işıqlandırma sistemləri çəkiləcək, əlil arabalarının hərəkəti və avtomobillərin saxlanılması üçün xüsusi yerlər ayrılacaq.