Bakının Nəsimi rayonu ərazisində bir sıra ünvanlarda təmir işləri aparılır. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Cavadxan 28, 32 saylı ünvanlarda ümumi yaşayış binalarının fasadında və dam örtüyündə, istinad divarlarında əsaslı təmir işləri davam etdirilir. Həyətdə kök üstdə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılır, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilir, torpaq işləri görülür, bordür, tamet daşları və qazon örtüyü vurulur.
[URIS id=96858]