Bakının Nəsimi rayonunda təmir işləri aparılır. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az məlumat verir.
28 May küçəsində yol boyunca yol cizgiləri yenilənir. Bu səbəbdən küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Həmçinin Bakıxanov küçəsində, Zorge parkının kənarlarında piyada səkiləri təmir olunur, beton döşəməsi yenisi ilə əvəz olunur.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/02/video-baku.mp4"][/video]