Bakının Nəsimi rayonunda Rayon İcra Hakimiyyəti tərəfindən təmizlik işləri aparılıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az məlumat verir.
Yanğın təhlükəsizliyinin qarşısını almaq üçün Vaqif prospekti, Abbasqulu Ağa Bakıxanov və Cəlil Məmmədquluzadə küçələrində tikinti aparılan binalarda uzun müddət hasara alınmış ərazilər quru otlardan təmizlənib, ərazidə sanitariya-təmizlik işləri aparılaraq mövcud yaşıllıqlara qulluq göstərilib.
Həmçinin rayon ərazisində ənənəvi olaraq iməcilik keçirilib.
[caption id="attachment_106391" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]