Nəsimi rayonunda yollar asfaltlanır. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 28 May, 20 saylı ünvanda yerləşən ümumi yaşayış binasını əhatə edən yararsız vəziyyətə düşmüş məhəllədaxili yollarda, eləcə də Azadlıq prospektinin Kaveroçkin küçəsi ilə kəsişməsindən Dağıstan küçəsi ilə kəsişməsinə qədər olan hissəsində köhnə asfalt örtüyü sökülərək yenisi ilə əvəzlənib.
Hazırda rayonun digər ünvanlarında da yenidənqurma işləri aparılır.
[caption id="attachment_106508" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]