Nəsimi rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun C.Məmmədquluzadə küçəsində yerləşən qaz xəttinin köçürülməsi ilə əlaqədar 6 dekabr saat 10:00-dan etibarən C.Məmmədquluzadə, N.B.Yusifbəyli, Bakıxanov və Sarabski küçələrində 3000 abonentin qazı kəsiləcək.
Məhdudiyyət gün ərzində davam edəcək.