Nəsimi rayonu, Cavadxan küçəsi, 30 və 34 saylı ünvanlarında yekunlaşma işləri aparılır. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan genişmiqaslı abadlıq işləri çərçivəsində kök üstdə qurumuş ağaclar ərazidən çıxarılıb, budanma, təmizlik işləri aparılıb. Həmçinin yaşayış binalarının fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıdan borular dəyişdirilib.
Binaların giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Eyni zamanda həyətdə tamet daşları, qazon örtüyü vurulub, yeni su və işıqlandırma sistemləri çəkilib. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılıb.
Yenidənqurma işləri rayonun müxtəlif ərazilərində davam etdirilir.
[caption id="attachment_116615" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətindən[/caption]