Nəsimi rayonunda növbəti məhəllə əsaslı təmir olunub. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Söhbət Hüseyn Bala Əliyev küçəsi, 3, 5 və 7 ünvanlarından gedir. “Bizim həyət” layihəsi çərçivəsində aparılan yenidənqurma işləri çərçivəsində minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları və uşaq meydançaları salınıb. Eyni zamanda ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Həmçinin ərazidə işıqlandırma sistemi yaradılıb, müşahidə kameraları quraşdırılıb, eləcə də binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Bundan əlavə, məhəllədə 950 ədəd müxtəlif növ ağaclar, 8300 ədəd kol və 3000 ədəd mövsümi güllər əkilib. 3000 kv.m ərazidə yaşıllıq zolağı salınıb, 2150 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilməklə “yaşıl səddlər” yaradılıb.
[caption id="attachment_119944" align="alignnone" width="640"]
Foto Report.az[/caption]