Nəsimi rayonunda dezinfeksiya işləri aparılır. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan abadlıq-təmizlik işləri çərçivəsində rayonun park və istirahət bağlarında, abad həyətlərdə təmizlik-dezinfeksiya tədbirləri görülüb. Həmçinin parklarda idman və uşaq meydançaları dezinfeksiya edilib, cücü və həşəratlara qarşı dərmanlar vurulub. Oturacaqlar yuyulub, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülüb.
Təmizlik işləri bütün rayon boyunca davam etdirilir.
[caption id="attachment_108317" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]