Bakının Nəsimi rayonunda istilik borularında əsaslı təmir işləri aparılıb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Səməd Vurğun küçəsi, 108 saylı binada uzunmüddətli fasilələrin yaranmaması üçün sözügedən ünvanda istismar müddəti başa çatmış diametri 219 mm-lik maqistral istilik boru xətlərində əsaslı təmir işləri aparılıb, eyni zamanda borular yeniləri ilə əvəz olunub.
Həmçinin rayon ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davam edir.