Nəsimi rayonunda qaldırıcı kran insanların başı üstünə təhlükə saçır. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az xəbər verir.
Söhbət rayonun Cəlil Məmmədquluzadə küçəsindən gedir. Yolun kənarında aparılan inşaat işləri ilə əlaqədar quraşdırılan kran artıq bir neçə gündür avtomobil yoluna doğru yönləndirilib. Bu da sakinlərin narahatlığına səbəb olur. Onlar hər gün böyük konstruksiyanın altından keçməyə məcbur olurlar.
Sakinlərin sözlərinə görə, ərazidə “Eleven Park” yaşayış kompleksi inşa olunur. Tikinti işlərini isə “Winter City Group” aparır.