Nəsimi rayonunda növbəti küçələrdə təmir-bərpa işlərinə başlanılıb. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Moskva prospekti, 68 və 72 ünvanlarında aparılan yenidənqurma işləri çərçivəsində yaşayış binalarının fasadında və dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri nəzərdə tutulub.
Bundan əlavə, söhbətgahda oturacaqların, eləcə də uşaq və idman meydançalarında yeni tamet-bordür daşlarının, asfalt örtüyünün və qazon örtüyünün vurulması, həyətə yeni su və işıqlandırma sistemlərinin çəkilməsi və parkinq yerlərinin ayrılması işləri də aparılacaq.
Paralel olaraq, rayonun digər ünvanlarında da abadlıq işləri davam etdirilir.
[caption id="attachment_114410" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti15[/caption]