top
Nikaha girənlərin sayı niyə azalıb? – PSİXOLOQDAN ÖZƏL AÇIQLAMA
17 yanvar 2025, 06:32
- ↺ +

Nikaha girənlərin sayı niyə azalıb? – PSİXOLOQDAN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin 11 ayında Azərbaycanda nikahların sayı azalıb, boşanmalarda isə heç bir dəyişiklik olmayıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 146 nikah və 19 597 boşanma halı qeydə alınıb. Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə nikahların sayının 5,3-dən 4,9-a düşdüyünü, boşanmaların isə 2,1 səviyyəsində qalaraq dəyişmədiyini göstərir.

Nikahların sayının azalması və boşanmalarda dəyişiklik olmaması bir neçə amillə əlaqəsi mümkündür. Son illərdə işsizlik, qiymət artımları və maddi çətinliklər cütlüklərin nikah qurma qərarına təsir edə bilər. Cəmiyyətin ailə və evliliyə yanaşmaları da dəyişir.

Bəs görəsən, gənclər həqiqətənmi evlilikdən çəkinirlər? Nikaha girənlərin sayı niyə azalıb?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, gənc qızlarımız öz yox, rəfiqəsinin ağlı ilə hərəkət edirlər:

“Bu gün həqiqətən də nikaha girən şəxslərin sayı azalıb. Qızlarda əsas problem düşüncələrinin və öhdəliklərinin çox olması, onları bir neçə şəxslərin idarə etməsidir. Anadan və bacıdan çox rəfiqə faktorları var. Rəfiqənin müdaxiləsi nəticəsində qarşısına çıxan adama yox deyir. Öz ağlını kənara qoyub, rəfiqəsinin ağlı ilə hərəkət edir. Təbii ki, burada evlilikdən söz açıla bilməz. Cütlüklər arasında artıq xaos yaranır”.

A.Ələkbərova qeyd edib ki, boşanmanın ən böyük səbəbi cütlüklərin 90 faiz yaxşı münasibəti kənara qoyub, 10 faiz neqativi ön plana çıxarmalarıdır:

“Həmin insanı itirməyə doğru addımlar atırlar. Oksitosin hormonu aşağı düşdükdə serotonin hormonuna təsir edir, təbii ki, burada nifrət, kin və mənfi emosiyaları qarşı tərəfə ötürürük. Sonunda da qarşı tərəfdən sərt cavab alırlar”.

“Nə olursan ol, sadəcə özün ol. Onda uğurun, şansın daha çox olacaq”, - deyə A.Ələkbərova fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər