Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ilə Naxçıvanski küçəsinin kəsişməsində yol qazılıb. Bu haqda bu gün, 17 fevral tarixində Avtosfer.az məlumat verib.
Asfalt örtüyü hərəkət hissəsinin təxminən 2 metr uzunluğunda və 2 metr enində, yoldan 15 santimetr dərinlikdə qazılıb. Lakin həmin ərazidə hər-hansı xəbərdaredici nişan quraşdırılmayıb. Bu səbəbdən avtomobillər qaranlıq saatlarda çuxura düşür və onlara ziyan dəyir. Bəzi sürücülər isə təmir olunan hissəni görərək qəfil əyləcə basırlar və beləliklə qəza vəziyyəti yaranır.