Bakıda qaçırılan 15 yaşlı qız tapılıb. Bu haqda 18 yanvar tarixində APA məlumat verib.
Nizami rayonunda yanvarın 17-də paytaxt sakini 15 yaşlı R. Hüseynova itkin düşüb. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qız sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçıb.
Hazırda faktla bağlı araşdırma davam edir.