Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 3 ünvanında partlayış baş verib. Bu haqda bu gün, 6 aprel tarixində Oxu.az məlumat verib.
Partlayış rayon ərazisində yerləşən qazanxanaların birində baş verib. Hadisə zamanı ətrafdakı avtomobillərə ziyan dəyib.
“Azəristiliktəchizat” ASC-dən bildirilib ki, boruda su sızıntısı olub. Əraziyə təmir briqadası cəlb edilib, problem aradan qaldırılıb və istiliyin verilişi bərpa olunub.