Bakıda velosipedçilər onlara aid zolaqları qorumağa çalışıblar. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.
Yasamal rayonu, Azərbaycan prospektində, MUM-in yaxınlığında insanlar kütləvi şəkildə velosipedlərini avtomobil yolu ilə velosiped zolağının kəsişməsinə düzüblər. Bununla onlar qanunsuz parklanmanın qarşısını almaq istəyiblər.