Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində piyada zolağı yoxdur. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az xəbər verir.
“8 Noyabr” metro stansiyanın qarşısında market, kafelər, yolun hər iki tərəfində avtobus dayanacağı və hərbi hospital var. Buna görə ərazidə çoxlu insan və avtomobil axını olur, lakin orada nə piyada zolağı var, nə də digər nizamlanmalar.
Bu səbəbdən də sakinlər avtomobil yolunu özlərini təhlükəyə ataraq keçməyə məcbur olurlar. Əraziyə ən yaxın olan keçid isə 200 metrdən çox aralıda yerləşir.
Bu vəziyyətdən həm vətəndaşlar, həm də sürücülər narahat olduqlarını bildirirlər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/sequence-03.mp4"][/video]