Bakının Nəsimi və Xətai rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan təmizlik işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri və reklam lövhələri təmizlənib. Həmçinin yol kənarındakı məhəccərlər, heykəllər, ticarət obyektlərinin vitrinləri, eləcə də məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Əlavə olaraq, ağacların üzərinə toplanan toz-torpaq silinib, onların dibi yumşaldılıb, sulanıb.
Abadlıq-təmizlik işləri hazırda rayonun müxtəlif nöqtələrində davam edir.
[caption id="attachment_121923" align="alignnone" width="640"]
Foto Nəsimi RİH[/caption]