Bakıda daha bir həyət abadlaşdırılıb. Bu haqda Report xəbər verib.
“Bizim həyət” layihəsi çərçivəsində paytaxtın Nizami rayonu, 8-ci km, Naxçıvanski küçəsi 78, 80, 86, 94, 94A, 94B ünvanında 1500 nəfərə yaxın sakinin yaşadığı binaların həyəti təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Həyətdə şahmat meydançası, uşaqlar üçün oyun meydançaları salınıb. Həyətin ərazisində 7 ədəd söhbətgah inşa edilib, oturacaqlar, futbol meydançası tikilib və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb.
Binalarda liftlər yeniləri ilə əvəz olunub, yeni işıqlandırma dirəkləri qoyulub, 350 ədəd ağac çoxsaylı kol və güllər əkilib, 1500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.
Layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.