Yanvarın 20-si Nəsimi rayonu Moskva prospektində yerləşən marketlərin birindən 940 manatlıq oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Ş.Abbasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.