II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının vaxtı açıqlanıb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
İmtahanlar 7 iyul tarixində baş tutacaq. Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək. İmtahanda ümumilikdə 47.520 abituriyentin iştirakı nəzərdə tutulur.
İştirakçılar 30 iyun tarixindən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.