Paytaxtın Qaradağ rayonunda içməli su kəsiləcək. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
7 fevral axşam saatlarından etibarən 8 fevral gün ərzində qeyd olunan rayonun Qobustan və Ələt qəsəbələrinin bir hissəsinə suyun verilişi dayandırılacaq.
Səbəb olaraq Kür-Bakı magistral su kəmərində planlaşdırılan təmir işləri olduğu bildirilir.
“Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik”, - deyə qurum əlavə edib.