Paytaxtın Qaradağ rayonunda yerləşən “Qobu park-2” yaşayış kompleksində binalar çökür. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, 12 tikili qəzalı vəziyyətdədir, onlardan biri 40 sm-ə qədər əyilib və onlar artıq burada yaşamaqdan qorxurlar.
“Altına sement yerinə qum töküblər. Buna görə də altına su yığıldıqca çökür. Heç kim də bir addım atmır”, - sakinlər əlavə ediblər.
Mənzil-Kommunal İstismar Sahəsindən bildiriblər ki, binanın kanalizasiya borusu deşilib və 1 ildən çox binanın altına su dolub. Hazırda binanın altında deşiklər açılır, su boşaldılır və saf sementlə tikilinin altı doldurulur. İşlərin nə vaxt tamamlanacağı hələ bəlli deyil.