“İrəli” İctimai Birliyi gənclər üçün ödənişsiz təcrübə proqramını təşkil edir. Bu haqda Birliyin instagram səhifəsində xəbər verilib.
3 ay müddətində keçiriləcək proqramın sonunda iştirakçılara şəhadətnamə veriləcək.
Proqram çərçivəsində bu sahələr üzrə təcrübə keçiriləcək:
- İnsan resursları katibliyi
- Mətbuat Katibliyi
- Beynəlxalq əlaqələr katibliyi
- Layihələrlə iş üzrə katiblik
Təcrübə proqramına qatılmaq üçün şərtlər:
- 17-25 yaş aralığında olmalı
- İşində yüksək motivasiyalı olmalı
- Təşəbbüskar və məsuliyyətli olmalı
- Komanda ilə işləmə bacarığı olmalı
Təcrübə qazanmaq istəyənlər 26.10.2021 tarixinədək
linkə daxil olub qeydiyyatdan keçə bilərlər.