Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə paytaxtda “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi təşkil olunacaq. Bu haqda 8 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Oktyabr-dekabr aylarında keçiriləcək müsabiqə iki turdan ibarət olacaq və ilkin olaraq 2022-ci ilin oktyabr-dekabr aylarında Bakı şəhərinin 12 rayonu üzrə keçiriləcək. Müsabiqədə iştirakçıların yaş həddi 3 qrup üzrə (6-10, 11-15 və 16-18) müəyyənləşdirilib.
Müsabiqənin ilk seçim turu 1 oktyabr saat 12:00-da H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək.
Qeydiyyat və müsabiqə barədə ətraflı məlumat əldə etmək üçün musabiqe@bakuculture.gov.az elektron poçt ünvanına və ya (012) 492-91-59 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.