Bəzən sakinlər marketlərdə alış-veriş etdikdə məhsulun rəf qiyməti ilə kassa qiymətinin üst-üstə düşməməsindən gileylənir. Vətəndaşlar hətta bununla bağlı sosial şəbəkələrdə paylaşım da edirlər.
Bakuplus.az xəbər verir ki, bu dəfə belə paylaşımlardan birini jurnalist İradə Aytəl edib.
Onun sözlərinə görə, “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonundakı marketlərinin birində aldığı məhsulların rəf qiymətləri ilə qəbzdəkilər fərqli olub.
İ.Aytel bildirib ki, belə halın baş verməsi ilk deyil.
Sözügedən görüntüləri təqdim edirik: