"Səba" ASC şirkətlə bağlı yayılan məlumatı təkzib edib.
Bildirilib ki, quşçuluq işi təsisçisi 100% özü olduğu yeni yaradılmış töərəm MMC-yə ötürülüb.
"Hazırda "Səba" brendi ilə toyuq ətinin istehsalı davam edir", - deyə şirkət əlavə edib.
11:42 - “Səba” məhsul istehsalını dayandırıb
Azərbaycanda məşhur broyler şirkəti istehsalı dayandırıb. Bu haqda Bakuplus.az İqtisadiyyat.az-a istinadən xəbər verir.
"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı 1 avqust tarixindən etibarən dayandırıb. Qərarın səbəbi açıqlanmayıb. İşçilərin taleyi ilə bağlı da məsələyə aydınlıq gətirilməyib.
Şirkətin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur.