Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində asfalt örtüyü qismən bərpa olunur. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az xəbər verir.
Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. Sahədəki mövcud quyuların üstü bağlanıb. Avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb.
Təmir-bərpa işlərinin küçə boyunca davam edəcəyi planlaşdırılır.
[caption id="attachment_40633" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]