Paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsində piyada səkisi zəbt olunub. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az xəbər verir.
Belə ki, küçə boyunca onsuz da dar olan piyada səkisinin bir hissəsini tikinti şirkəti tamamilə zəbt edib. Piyadalar yolun bir hissəsində avtomobil yoluna çıxmağa məcbur olurlar və burada heç bir xəbərdaredici nişan da yoxdur. Bu, sakinlərin həyatını təhlükəyə atır.
Problem Neftçi Qurban küçəsinin Sara Qədimova küçəsi ilə kəşiməsində qeydə alınıb.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/12/111.mp4"][/video]